Modern.az

Qəbələdə qanunsuz maral ovlayan şəxs yaxalandı

Qəbələdə qanunsuz maral ovlayan şəxs yaxalandı

Aktual

28 Dekabr 2018, 23:00

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Moden.az-a verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

 

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan "TOZ-16” markalı ov tüfəngi götürülüb.

 

Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım