Modern.az

Sumqayıtda intihara cəhdin qarşısı alındı

Sumqayıtda intihara cəhdin qarşısı alındı

Aktual

29 Dekabr 2018, 00:14

Sumqayıt şəhərində bir nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım