Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan Futbol Fedrasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə hesabat verib.
Modern.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, noyabrın 20-də AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu qəbul edib.
Berti Foqts ötən mövsüm ərzində milli komandada fəaliyyəti barədə AFFA prezidentinə hesabat verib.
Qeyd edək ki, Berti Foqtsun millimizin baş məşqçisi vəzifəsində müqaviləsi bu ilin sonunda başa çatacaq. Onunla müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı qərar AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.
Modern.az