Modern.az

Azərbaycanda qatara biletlər internetlə satılacaq

Azərbaycanda qatara biletlər internetlə satılacaq

21 Noyabr 2011, 12:46

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) online vasitəsi ilə bilet satışına başlayıb.

Modern.az Azərbaycan Dəmir Yolları QSC-nə istinadən xəbər verir ki, xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC  ölkədaxili və beynəlxalq istiqamətlər üzrə hərəkət edən sərnişin qatarlarına gediş sənədlərinin (biletlərin) Online rejimində İnternet vasitəsi ilə satışını təşkil edir. İnternet vasitəsi ilə gediş sənədlərinin (biletlərin) satışı qatarın yola düşməsinə 10 gün qalmış başlayır.

Qatarda olan boş yerlər və gediş haqqı barədə məlumat əldə etmək üçün  qatarların hərəkət cədvəli   ilə tanış olun.

Online rejimində gediş sənədlərinin (biletlərin) satışı zamanı güzəştli tariflər nəzərdə tutulmur.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama