Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.
Soyadı əlifba sırası üzrə təqdim olunan beşinci “15-lik”lə bağlı “Hansı deputatın işi sizi qane edir?” sorğusu da yekunlaşıb. Oxucular bu dəfə də sorğuda çox aktiv iştirak ediblər. Xüsusilə Azay Quliyev, eldar İbrahimov, Əsabil Qasımov və Sahibə Qafarovanın tərəfdarları səsvermədə daha fəal olublar və əsas mübarizə də onlar arasında gedib.
Budəfəki sorğumuzun yekununda 46 saylı Şirvan seçki dairəsinin deputatı Azay Quliyev daha çox səs toplayaraq birinci yeri tutub. Bu həftə sorğumuzda 1700 respondent iştirak edib. Onların 19,92 faizi Azay Quliyevi dəstəkləyib.
Sorğumuz nəticəsində ikinci yerə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Eldar İbrahimov çıxıb. O, səsverənlərin
19,73 fazinin səsini qazanıb. Üçünçü yeri isə 79 saylı İmişli seçki dairəsinin deputatı Əsabil Qasımov tutub. Ə.Qasımov respondentlərin 19,61 fazi səsini əldə edib
Nəticələr:
1. Fəzail İbrahimli - 5,16 %
2. Eldar İbrahimov - 19,73 %
3. İlyas İsmayılov - 4,33 %
4. İmamverdi İsmayılov - 0,32 %
5. Xanhüseyn Kazımlı - 0,38 %
6. Mirkazım Kazımov - 1,02 %
7. Azər Kərimli - 0,32 %
8. Sahibə Qafarova - 11,33 %
9. Musa Qasımlı - 4,77 %
10. Əsabil Qasımov - 19,61 %
11. Flora Qasımova - 0,95 %
12. Çingiz Qənizadə - 11,01 %
13. Fərhad Qəribov - 0,45 %
14. Musa Quliyev - 0,83 %
15. Azay Quliyev - 19,92 %
Modern.az