Modern.az

Samuxda qaz sızmasından partlayış oldu

Samuxda qaz sızmasından partlayış oldu

1 Yanvar 2019, 00:13

Samux rayon Qədili kəndində yaşayış evində partlayış olub. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Samuxda yaşayış evindı qaz sızmasından yaranan partlayış baş verib.

 

Nəticədə ev sahibi, 1968-ci il təvəllüdlü Əliyev Tofiq ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda ona tibbi yardım göstərilir.

 

Məlumata görə partlayışdan sonra evdə yanğın baş verib.

 

Samux Yanğından Mühafizə hissəsinin 2 yanğın söndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım