Modern.az

Maşın bazarında bahalaşma - SƏBƏB

Maşın bazarında bahalaşma - SƏBƏB

Aktual

1 Yanvar 2019, 10:00

2019-cu il yanvarın 1-dən  ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri artıb. Modern.az xəbər verir ki, buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir.

Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisi artırıb. Belə ki, avtomobillərin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəlib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllət 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə, bu gündən həmin rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulub.

 

Vergitutma obyektinin adı Aksizin dərəcəsi
Minik avtomobilləri
- Mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda Mühərrikin həcminin hər kubsantimetrə görə - 0,30 manat
- Mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat
- Mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 manat
- Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat
- Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat
- İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat
 

Ekspet Vüqar Bayramov deyib ki, bu dəyişikliklər avtomobil bazarında qiymət artımlarına səbəb olacaq:


“Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda, gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi”.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...