Modern.az

Sevil Əliyevadan Azərbaycan xalqına bayram TƏBRİKİ  

Sevil Əliyevadan Azərbaycan xalqına bayram TƏBRİKİ   

Aktual

1 Yanvar 2019, 12:54

Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibnətilə təbrik edib. Modern.az-ın məlumatına görə, S.Əliyeva bildirib:

“Əziz dostlar!
Bu müddət ərzində Sizlərlə ünsiyyətdə olmaq mənim üçün çox xoşdur. Bu səmimi münasibət, sevgi və sayğı, saf və təmiz təmas məni çox sevindirir. İnanıram ki, bu qarşılıqlıdır. Elə bu xoş ünsiyyətdən, xoşbəxt təəssüratdan doğan duyğularla da Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik, möhkəm can sağlığı, ailə səadəti, yeni uğurlar, bol-bol sevinc, əmin-amanlıq, rifah arzulayıram. Evinizdən, ocağınızdan, süfrənizdən bolluq, ruzi-bərəkət əskik olmasın.
Hörmətlə, Sizin Sevil Əliyeva”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...