Modern.az

Tanınmış aktyor Ukrayna prezidenti olmaq istəyir  

Tanınmış aktyor Ukrayna prezidenti olmaq istəyir   

Dünya

1 Yanvar 2019, 13:45

Ukraynanın tanınmış aktyoru, komediya ustası Vladimir Zelenski bu il keçiriləcək prezident seçkisinə qatılacağını deyib.

Modern.az xəbər verir ki, 40 yaşlı aktyor bu haqda dekabrın 31-də televiziya şousunda açıqlamasında bəyan edib.

Volodimir Zelenski “Kvartal 95” studiyalarının yaradıcısı və direktorudur.


Daha əvvəl keçmiş ekologiya və təbii sərvətlər naziri, hüquqşünas İqor Şevçenko da prezident seçkilərinə qatılacağını bəyan edib.

Hazırkı prezident Petro Poroşenko ikinci dəfə beş il müddətinə seçilmək niyyətini açıqlamasa da, onun seçkiyə gedəcəyi gözlənir.

Keçmiş baş nazir Yuliya Timoşenko da seçkidə iştirak edəcək. O, namizədlər arasında reytinqinə görə hamıdan öndə gedir.

Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Seçki kampaniyası isə dekabrın 31-dən başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu