Modern.az

Saatlıda avtomobil su kanalına aşıb - sürücü öldü

Saatlıda avtomobil su kanalına aşıb - sürücü öldü

Aktual

1 Yanvar 2019, 14:05

 Saatlı rayonunda yol qəzası baş verib. 

“Report”un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabatkənd kəndiərazisində qeydə alınıb. 

Həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Rövşən Elşad oğlu Həsənov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...