Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 nəfər asayiş keşikçisi ölüb, 23-ü yaralanıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Səyyad qəzasında qeydə alınıb.
Sar-i Pul əyaləti valiliyinin sözçüsü Zəbihullah Amani taliblərin üç istiqamətdən hücum təşkil etdiklərini bildirib.
O, “Taliban” yaraqlılarının da hücum zamanı itki verdiyini deyib.