Əsl yapon keyfiyyətinin daşıyıcısı olan Nissan avtomobillərinin ölkəmizdəki rəsmi distribyutoru olan NISSAN AZƏRBAYCAN, Azərbaycan Fotoqraflar birliyinin təşkilatı dəstəyi ilə "MƏNİM SEVİMLİ NİSSANIM" fotomüsabiqəsini keçirir.
Müsabiqəyə 15 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar qatıla bilər. Fotolar peşəkar və həvəskar fotokamera ilə, eləcə də mobil telefonla çəkilə bilər. Fotokamera ilə çəkilmiş şəkillər əsas müsabiqədə, mobil telefonla çəkilmiş fotolar isə mobil müsabiqədə iştirak edəcək.
Fotoların qəbulu 01 iyul 2011-ci il tarixindən - 01 dekabr 2011-ci il tarixinədəkdir.
Müsabiqədə iştirak pulsuzdur.
FOTOMÜSABİQƏNİN ŞƏRTLƏRİ
Müsabiqəyə təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər. Fotolar yalnız elektron formatda qəbul olunur. Təqdim olunan hər bir fotonun uzun tərəfi 1200 piksel olmalıdır. İşlər JPEG formatda, hər faylın çəkisi 1MB-dan artıq olmamaq şərtilə təqdim edilməlidir.
Fotolar elektron poçt vasitəsilə [email protected] ünvanına göndərilə və ya M. Nərimanov küçəsi 2054-cü məhəllə ünvanına elektron daşıyıcıda (flash card, CD və ya DVD) təqdim edilə bilər.
Fotoları təqdim edən şəxs fotonun adını və ya sıra sayını (faylın adında) qeyd etməklə yanaşı əlavə Word faylda özü haqqında aşağıdakı məlumatları verməlidir:
1. Ad, Soyad
2. Təvəllüd (gün/ay/il)
3. Telefon (şəhər, mobil)
4. Elektron poçt ünvanı
Müsabiqəyə fotolarını təqdim etməklə hər bir iştirakçı fotoların ona məxsus olmasını və müəllifliyini təsdiqləyir. Fotoların başqa müəllifə məxsus olması müəyyən olunarsa, iştirakçı müsabiqədə iştirakdan dərhal kənarlaşdırılacaq.
Müsabiqəyə təqdim olunmuş fotolar iştirakçının istəyi əsasında çıxarıla və ya digəri ilə dəyişdirilə bilməz.
Müsabiqəyə təqdim olunan fotolar orijinal və eksklüziv olmalı və bundan əvvəlki müsabiqələrdə iştirak etməməlidirlər. Fotolarda müəlliflik nişanı (copyright), digər brend və ya logo təsvir olunmamalıdır. Müsabiqənin şərtlərinə, eləcə də ümumi mənəvi və etik normalara uyğun olmayan işlər iştiraka baxılmayacaq.
Müsabiqəyə təqdim olunan fotolara qrafik proqramlar vasitəsi ilə montaj və əlavələr qəbul edilmir.
MÜKAFATLAR
Fotoaparat
Fotoaparat
Netbook
Mobil telefon
MÜNSİFLƏR HEYƏTİ
Müsabiqənin münsiflər heyəti üç peşəkar fotoqraf, bir müstəqil marketoloq və Nissan Azərbaycanın bir nümayəndəsindən ibarətdir.
SEÇİM VƏ QALİBLƏR
1-ci və 2-ci yerlərin qaliblərini facebook səsverməsindən sonrakı ilk 10-luqdan jüri üzvləri seçir.
3-cü yeri və mobil müsabiqənin qalibini facebook üzvləri müəyyən edir... (ən çox like toplayan foto)
Müsabiqədə həmçinin 10 həvəsləndirici mükafat təsis edilib. (ən çox like toplayan 10 foto)
Səsvermə və seçimlər - 01 dekabr 2011-ci il tarixindən başlayaraq 01 yanvar 2012-ci il tarixinədək davam edəcək. Qaliblərin rəsmi elanı seçim və səsvermə müddəti bitdikdən dərhal sonra olacaq.
NƏTİCƏLƏR
• Müsabiqənin yekunlarına əsasən Nissan Azərbaycanın salonunda çap olunmuş qalib fotolardan ibarət sərgi təşkil ediləcək.
• Müsabiqəyə təqdim edilən seçilmiş fotolardan kataloq hazırlanacaq.
• Kataloqda həmçinin bütün müsabiqə iştirakçılarının adları siyahı üzrə qeyd ediləcək.
• Müsabiqə nəticəsində qalib və seçilmiş işlər müsabiqə başa çatdıqdan sonra müəllifi qeyd olunmaqla, məhdudiyyətsiz olaraq Nissan Azərbaycanın istifadəsinə verilir.
• Müsabiqənin açılış və bağlanış mərasimləri, eləcə də sərgi/ekspozisiya Nissan Azərbaycanın Bakı şəhəri, Salamzadə 2 ünvanında yerləşən salonunda keçiriləcək.
• Sərgi iştirakçıları müxtəlif xatirə hədiyyələri ilə təltif ediləcək.
Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:
M. Nərimanov küçəsi 2054-cü məhəllə
Bakı, Azərbaycan, AZ1029
Tel: (012) 447 33 66; 447 00 81 (daxili 1216 və ya 1204)
Faks: (012) 447 94 51
Mob: (055) 214 46 66; (055) 643 81 57