Modern.az

Bərdədə 20-yə yaxın sürücü CƏRİMƏLƏNDİ

Bərdədə 20-yə yaxın sürücü CƏRİMƏLƏNDİ

1 Yanvar 2019, 16:50

Bərdə rayonunda sürücülərə qarşı reyd keçirilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Bərdə rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbir bayram axşamı yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi və kobud qayda pozuntuları törədən sürücüləri aşkarlamaq məqsədi daşıyıb. 

 

Gecə saatlarına qədər davam edən reyd zamanı 20-yə yaxın sürücüyə protokol tərtib olunub. Bir neçə avtomobil isə müvəqqəti saxlama dayanacağına yerləşdirilib.

 

Reydlər bir neçə gün davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım