Modern.az

Azərbaycanlı məşqçi Türkiyə klubunda

Azərbaycanlı məşqçi Türkiyə klubunda

Aktual

1 Yanvar 2019, 19:03

Azərbaycanlı məşqçi Asim İbrahimov Türkiyədə çalışacaq.

Modern.az bildirir ki, Qol.az-ın qardaş ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, o, Türkiyənin 2-ci Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. İbrahimovu klubun azərbaycanlı sahibi Rauf İsmayılov komandaya dəvət edib. 


Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) və Türkiyənin “Adanaspor” klubunda da işləyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...