Modern.az

Prezident yeni ildə ilk doğulan qıza baş çəkdi

Prezident yeni ildə ilk doğulan qıza baş çəkdi

Dünya

2 Yanvar 2019, 00:19

Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə 2019-cu ildə doğulmuş ilk körpəyə baş çəkib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeni doğulmuş qız uşağının adı İskradır. Dövlət başçısı bununla əlaqədar bildirib ki, əgər birinci qız uşağı doğulubsa, bu, 2019-cu ilin sülh, təhlükəsizlik və sabitlik simvolu olması deməkdir.

 

Prezident xoşbəxt ananı – Miliça İvkoviçi təbrik edərək, ona və körpəyə xoş arzularının çatdırıb. "Gözəl İskra, mən isə çox xoşbəxtəm ki, sizə baş çəkə bildim", - deyə dövlət başçısı bildirib. O, gənc anaya "siz mələk aldınız", - deyib.

 

Daha əvvəl Serbiya prezidenti Avropa İttifaqının (Aİ) məmurlarını sərt tənqid edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu