Modern.az

Pakistanda hərbi təhsil mərkəzinə hücum - ölənlər var

Pakistanda hərbi təhsil mərkəzinə hücum - ölənlər var

2 Yanvar 2019, 09:42

Pakistanda hərbi təhsil mərkəzinə hücum edilib.

Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə Loralai bölgəsində baş verib.

Bildirilir ki, 4 terrorçunun hücumu nəticəsində Pakistan ordusunun 4 əsgəri həlak olub.

Təhlükəsizlik qüvvələri terrorçuların hücumunun qarşısını alıb. Əməliyyat zamanı onlardan 3-ü məhv edilib, kamikadze isə özünü partladıb.

Hücum "Pakistan Talibanı" adlandırılan "Tehrik-i-Taliban Pakistan" qruplaşması tərəfindən həyata keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım