Modern.az

Malidə terrorçular 37 nəfəri öldürdü

Malidə terrorçular 37 nəfəri öldürdü

Aktual

2 Yanvar 2019, 11:11

Malidə silahlı şəxslər Mopti əyalətində kəndə hücum edib. Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, hücum zamanı 37 nəfər ölüb.

Məlumatda bildirilir ki, “Dozos” silahlı qrupu Bankas şəhərinin Koulogon kəndinə hücum edib. 

Fulani qəbiləsinin yaşadığı kəndə motoskiletlərlə gələn silahlı şəxslərin ətrafa atəş açması nəticəsində 37 nəfər ölüb.

Ölənlər arasında uşaqlar da var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...