Modern.az

Ermənistanda xüsusilə ağır cinayətlər xeyli artıb

Ermənistanda xüsusilə ağır cinayətlər xeyli artıb

2 Yanvar 2019, 12:31

Ermənistanda ağır və xüsusilə ağır cinayətlər xeyli artıb.

Modern.az-ın xəbərinə görə, bu haqda Ermənistan Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ölkədə cinayətlərin artımı 13, xüsusilə ağır cinayətlər isə 30 faiz təşkil edib.

Ümumiyyətlə, 2018-ci ilin yanvar-noyabr aylarında 20 267 cinayət qeydə alınıb. 2017-ci ilin analoji dövründə bu göstərici 17 898 olub.

Ötən il 209 xüsusilə ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 idi.

Bundan başqa, odlu silahlar və döyüş sursatları ilə törədilən cinayətlərin də sayı artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...