Milli Məclisin deputatı Rövşən Rzayev Azərbaycanın Dağlıq Qarabağ icmasının təqdimat mərasimində iştirak etmək üçün noyabrın 25-dən 29-dək Almaniyanın Berlin şəhərində səfərdə olacaq.
Bu barədə Modern.az-an MM-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Berlindən sonra, noyabrın 29-30-da isə deputat Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya komitəsinin iclasında iştirak etmək üçün Fransaya gedəcək.
Parisdə keçiriləcək toplantıda Avropada demoqrafik cərəyanlar, Şimali Qafqazda qaçqın və köçkünlərin vəziyyəti, miqrantların səsvermə hüquqları barədə müzakirələr aparılacaq.
Modern.az