Modern.az

Səfər Əbiyev ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibilə görüşüb

Səfər Əbiyev ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibilə görüşüb

Təhsil

21 Noyabr 2011, 16:27

Noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın Hərbi Dəniz Qüvvələri katibi Rey Mabusla görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nazir Səfər Əbiyev ABŞ-Azərbaycan hərbi dəniz qüvvələri arasında əlaqələrin mövcud durumundan danışıb. Öz növbəsində Rey Mabus səfərinin ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyətin tərkib hissəsi kimi qiymətləndirməyin vacibliyini vurğulayıb.

Görüş zamanı regiondakı vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza da iştrak edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama