Modern.az

Avtovağzalda gücləndirilmiş iş rejimi uzadıldı

Avtovağzalda gücləndirilmiş iş rejimi uzadıldı

Aktual

3 Yanvar 2019, 10:28

“Bayramda regionlarda həftəsonuna qədər dincəlməyə davam edən sərnişinlər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən ölkənin 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimi yanvar ayının 5-nə qədər uzadılıb”.

 

Bu barədə Modern.az-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi sərnişinlərə biletləri avtovağzalların kassalarından əldə etmələrini tövsiyə edib:



“Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...