Modern.az

Nigar Köçərli: "“Onun sevgi məktubları”nın təqdimatındakı satış sayı bizim üçün rekord nəticə oldu”

Nigar Köçərli: "“Onun sevgi məktubları”nın təqdimatındakı satış sayı bizim üçün rekord nəticə oldu”

21 Noyabr 2011, 17:00

Millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu “Onun sevgi məktubları” epistolyar romanının “Park Bulvar”dakı “Əli və Nino” kitab mağazasında keçirilən təqdimatında iki saat ərzində 170 nüsxə satılıb. Bu barədə mətbuata açıqlamasında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib. Onun sözlərinə görə, mağazalar şəbəkəsi kitab təqdimatlarını adətən  “Əli və Nino” şəbəkəsində keçirsə də, insan axının çox olacağını nəzərə alaraq, qeyd olunan tədbirin daha böyük yerdə, “Park Bulvar”da keçirilməsi qərara alınıb: “Lakin oxucuların marağı gözlədiyimizdən də çox oldu. Baxmayaraq ki, bizim həmin satış məntəqəmizdə beş satıcı var və təqdimat üçün ciddi hazırlıq aparılmışdı, böyük insan axının qarşısında “Park Bulvar” rəhbərliyindən də kömək istəməyə məcbur olduq”. Kitabın 170 nüsxəsinin satıldığını deyən N.Köçərli qeyd edib ki, bu göstərici mağazalar şəbəkəsinin rekord nəticəsi sayıla bilər: “Ümumiyyətlə, Azərbaycanda kitab satışında qısa vaxt ərzində bu cür nəticə müşahidə edilməyib. Kitaba olan böyük marağı nəzərə alaraq, qərara gəlmişik ki, bu həftəsonu bu kitabın növbəti təqdimatını başqa bir mağazamızda da həyata keçirək”. N.Köçərli onu da vurğulayıb ki, Q. Paşayevanın müəllifi olduğu kitab Azərbaycanın kitab bazarında çox ciddi nəticə göstərəcək.

 Qeyd edək ki, “Onun Sevgi məktubları” gerçək olaylar üzərində qurulmuş əsərdir və rоmаndа yеr аlаn məktublаrın mətni də kitаbdа nəql оlunаn sеvgi hеkаyəti qədər gеrçəkdir.  “Оnun Sеvgi məktublаrı”nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcək.

Kamil Həmzəoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama