Modern.az

Bakıdakı yaşayış binasında yanğın: 20 nəfər təxliyə edildi

Bakıdakı yaşayış binasında yanğın: 20 nəfər təxliyə edildi

Aktual

3 Yanvar 2019, 20:16

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.

 

Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...