Modern.az

Bakıda yeni ticarət-əyləncə mərkəzi açılır

Bakıda yeni ticarət-əyləncə mərkəzi açılır

Aktual

3 Yanvar 2019, 20:35

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində tikilməsi nəzərdə tutulan ticarət mərkəzi Yasamal Yaşayış Kompleksinin və şəhərin bu ərazisində yaşayan sakinlərin ehtiyaclarını qarşılamaq üçün yeni ticarət-əyləncə mərkəzinin (Mall) tikintisi nəzərdə tutulub. Modern.az publika.az-a istinadən xəbər verir ki, "Zefir Mall” adlanacaq yeni mərkəzin layihəsi artıq hazırlanıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Ümumi sahəsi 11,6 hektar olan Kompleksdə "Zefir Mall” 6500 kvadrat metr sahəni əhatə edəcək, öz minimalist və modern xarici dizaynı ilə xüsusilə seçiləcək. "Zefir Mall” ziyarətçilərin rahatlığını təmin etmək üçün fərqli brendlərin məhsullarını təqdim edəcək. Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...