Modern.az

Qayığın aşması nəticəsində 8 uşaq boğuldu

Qayığın aşması nəticəsində 8 uşaq boğuldu

Dünya

3 Yanvar 2019, 21:09

Hindistanda qayığın aşması nəticəsində 10 nəfər boğulub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 8-i uşaqdır.

 

Məlumatına görə, hadisə Odisha ştatının ərazisində - Mahanadi çayında baş verib.

 

Hadisəyə 20 nəfərlik qayığa qadın və uşaqlardan ibarət 55 nəfərin minməsi səbəb olub. Qayıqdakılar Hukitola adasından istirahətdən qayıdırlarmış.

 

“Odisha ştatının Meşə Departamentinin, Fəlakətlərə Qarşı Çevik Qüvvələrin əməkdaşlarının polis və yerli sakinlərlə birgə keçirdikləri xilasetmə əməliyyatı zamanı ölənlərin meyitləri sudan çıxarılıb”, - Kendrapara dairəsinin bələdiyyə başçısı Dasarati Satpati bildirib.

 

Odisha ştatının Baş naziri Nəvin Patnaik hadisə ilə bağlı başsağlığı verərək ölənlərin ailələrinə 6 min dollaradək yardım ayıracaqlarını, xəsarət alanların isə pulsuz müalicə olunacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu