Modern.az

Boksçu prezidentin cangüdənini bir yumruqla öldürdü

Boksçu prezidentin cangüdənini bir yumruqla öldürdü

Dünya

3 Yanvar 2019, 22:49

Ukraynanın ağır çəkili boksçusu Pyotr Oçeretyanıy prezident Petro Poroşenkonun cangüdəni Vasili Xmelyuku öldürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, idmançı mühafizəçini bir yumruq zərbəsi ilə qətlə yetirib.

Məlumata görə, 25 yaşlı Vasili avtomobilində yaşadığı kompleksin ərazisinə yaxınlaşarkən itlərini gəzdirən Pyotrla mübahisəsi düşüb. Nəticədə boksçu Xmelyukn başından yumruq vurub və yerə yıxılan cangüdən özünə gələ bilməyib.

 

İdmançını 15 ilədək həbs gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu