"ABŞ prezidentinin açıqlamaları meydanda nələrin olduğunu anlamadığını göstərir". Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin yüksək vəzifəli şəxslərindən biri çıxış edib.
"Yediot Ahronot" qəzetinə danışan adının açıqlanmasını istəməyən şəxs Trampın sözlərinin kəşfiyyat təşkilatlarının tövsiyələrinə zidd olduğunu deyib: "İsrail olaraq şokdayıq, Tramp İranın bölgədəki hərbi varlığının gücünü anlamır".
Qeyd edək ki, Tramp bir müddət öncə açıqlamasında İranın sanksiyalar nəticəsində durumunun dəyişdiyini və Tehranın Suriyada istədiyini edə biləcəyini deyib.