Modern.az

Zavodda partlayış 6 nəfərin həyatına son qoydu

Zavodda partlayış 6 nəfərin həyatına son qoydu

Dünya

4 Yanvar 2019, 00:24

Zavodda partlayış 6 nəfərin həyatına son qoyub. Modern.az xəbər verir ki, partlayış Hindistanın paytaxtı Yeni Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda baş verib. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.

 

Qeyd olunur ki, dağıntılar altında daha 8 nəfər qala bilər.

 

Polisin verdiyi məlumata əsasən, partlayışa səbəb zavoddakı qurğulardan birində yerləşən nasazlıq olub. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu