Modern.az

Tramp Kim Çen Inla növbəti görüşə yer axtarır

Tramp Kim Çen Inla növbəti görüşə yer axtarır

Dünya

4 Yanvar 2019, 09:55

ABŞ Dövlət katibi Mayk Pompeo Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında yeni görüşün baş tutacağını deyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo görüşün dəqiq tarixini açıqlamayıb.

 

“Mən əminəm ki, prezident Tramp və Kim Çen In yaxın vaxtlarda yenidən görüşəcək”. O həmçinin, ABŞ və Şimali Koreyanın yarımadanı nüvəsizləşdirmək üçün razılıq əldə olunduğunu da əlavə edib. 

 

İki lider arasında keçiriləcək görüş üçün mümkün varianlar kimi Vyetnam, İndoneziya, Monqolustan, ABŞ-ın Havay ştatı, Şimali Koreya ilə Cənubi Koreyanın sərhəddi nəzərdən keçirilir.


Rəsmi Pxenyan isə iki liderin yeni zirvə görüşü üçün öz ölkəsini təklif edir.


Xatırladaq ki, ötən il iyunun 12-də Sinqapurda ilk ABŞ-Şimali Koreya zirvə görüşü keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu