Modern.az

Salyanda “BMW” “KamAZ”la  toqquşdu: 1 ölü

Salyanda “BMW” “KamAZ”la  toqquşdu: 1 ölü

Aktual

4 Yanvar 2019, 15:37

Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 3-də saat 17 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi “BMW” və Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

 

Nəticədə “BMW”nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...