Rusiya prezidenti Vladimir Putin İsrail lideri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
“Tərəflər ABŞ ordusunun Suriyadan çıxmasından sonra regionda yaranacaq vəziyyəti müzakirə ediblər”- deyə rəsmi açıqlamada deyilir.