Modern.az

Aksiz markası olmayan spirtli içkiləri ölkəyə gətirsə də, sata bilmədi - FOTO

Aksiz markası olmayan spirtli içkiləri ölkəyə gətirsə də, sata bilmədi - FOTO

Aktual

4 Yanvar 2019, 18:12

Gömrük əməkdaşları avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.

 

Baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycanın aksiz markası ilə markalanmayan, üzərində "Hennesy X.O." yazısı olan 70 ədəd 0.7 litrlik, üzərində "Moet&Chandon" yazısı olan 60 ədəd 0.75 litrlik və üzərində "Godet Antarctica" yazısı olan 6 ədəd 0.5 litrlik spirtli içkilər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...