Modern.az

Ebola təhlükəsi qayıdır

Ebola təhlükəsi qayıdır

Aktual

4 Yanvar 2019, 21:17

İsveçin Ençöpinq şəhərinin xəstəxanasında təcili yardım şöbəsi müvəqqəti olaraq bağlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna xəstələrdən birinin Ebola virusuna yoluxma şübhəsi səbəb olub.

 

Qeyd olunur ki, həmin xəstə digərlərindən tam təcrid olunub. Ondan bütün analizlər alınıb.

 

Həmin xəstəni müayinə etmiş personal yoxlamadan keçirilib.

 

Analizin cavablarının yaxın zamanlarda açıqlanacağı deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...