Modern.az

Allahşükür Paşazadə Kirilə "Şeyxülislam ordeni" verib

Allahşükür Paşazadə Kirilə "Şeyxülislam ordeni" verib

Təhsil

22 Noyabr 2011, 09:32

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiya Patriarxı Kirillin 65 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

QMİ-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, mərasim Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilib.

Burada çıxış edən QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Patriarx Kirillin dinlərarası dialoq prosesinə verdiyi töhfələri xüsusi vurğulayıb, onun Azərbaycan və Rusiya arasında mənəvi əlaqələrin inkişafına verdiyi önəmi yüksək dəyərləndirib, Patriarxın son iki il ərzində iki dəfə Azərbaycana səfər etməsini xatırladıb.

Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirillin anadan olmasının 65-ci ildönümü münasibətilə Azərbaycan və Qafqaz müsəlmanları adından dinlərarası və millətlərarası dialoqun inkişafına, MDB məkanında və bütün dünyada mədəni əlaqələrin möhkəmləndirilməsi, Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın, Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında dostluq əlaqələrinin dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfəsinə görə Moskva və bütün Rusiya Patriarxı Kirilli "Şeyxülislam ordeni" ilə təltif edib. 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama