Modern.az

Voronejdəki diaspor sədri qəzaya düşən azərbaycanlılardan yazdı - ETİRAZ  

Voronejdəki diaspor sədri qəzaya düşən azərbaycanlılardan yazdı - ETİRAZ   

Aktual

5 Yanvar 2019, 12:17

“Birlik” Voronej İctimai Təşkilatının sədri Mehdi Mehdiyev Modern.az saytına göndərdiyi məktubda Yeni il ərəfəsində Rusiyada azərbaycanlıların düşdüyü yol qəzasından sonra onlara soydaşlarımızın biganəlik göstərdiyi haqda Azərbaycan mediasında yazılanlara etiraz edib.

Diaspor sədri hadisə ilə bağlı bildirib:

“Bəzi media orqanları dəqiqləşdirilməmiş, qərəzli məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyadakı diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib. Əslində isə, diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır. Məsələ ilə bağlı bildiririk ki, yayılan materialda əks olunan fikirlər həqiqətə uyğun deyil və ya təhrif edilib.
Hadisə dekabrın 24-ü saat 11 radələrində Varonejdən 300 km aralı Rostov istiqamətində baş verib. Varonej vilayətinin Fövqəladə Hallar Nazirliyi xəbər verən kimi, biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda Dövlət Komitəsi mütəmadi olaraq da proseslə maraqlanıb.

Biz hadisə yerinə çatanda 2 azərbaycanlı rəhmətə getmişdi, yaralılar da var idi. Yaralıları yaxınlıqdakı Boquçar şəhər xəstəxanasına yerləşdirdilər. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq, diaspor üzvləri öz gücünə cənazələri Azərbaycana göndərdi, bütün nəqliyyat xərclərini çəkdik. Təşkilatınmızın üzvü Bəxtiyar qardaşdan xahiş etdik ki, proseslərə nəzarət etsin. Biz rəhmətə gedənlərin cəsədlərini 150 km aralıda başqa şəhərin Məhkəmə ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə təşkil etdik ki, onu Varonejə gətirsinlər. Hazırda, Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik, Bəxtiyar qardaş da yenə də deyirəm, cəmiyyətin üzvüdü, nə xərc çəkmişdisə onun da hamısını ödədik. Hər şey qaydasındadır. Axırıncı xəstəni bu gün xəstəxanadan çıxardıq, yəqin ki, ya bu gün, ya sabah Azərbaycana yola salacağıq.

Hadisədən xəbər tutduğumuz andan zərərçəkənlərin yanındayıq.
Bəzi mətbu orqanların qərəzli məlumat yayması, diasporun heç bir iş görmədiyini yazması təəssüf doğurur. Mən və cəmiyyətimizin üzvləri bu haqda yazan 1news.az saytı ilə əlaqə də saxladıq, vəziyyəti olduğu kimi çatdırmağa çalışdıq. Burada yaşayan soydaşlarımızın bu qədər zəhmətinin qarşısında belə dəqiqləşdirilməmiş məlumatların yayılmasının diaspor fəaliyyətinə məqsədli şəkildə qara yaxmaqdan başqa bir adı yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...