Modern.az

Rəsm müsabiqəsi elan edildi

Rəsm müsabiqəsi elan edildi

5 Yanvar 2019, 13:03

Azərbaycan Teatr Xadimləri İttifaqı “10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqə elan edib.

 

İttifaqdan Modern.az-a bildirilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilir.

 

Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini ərizə ilə birlikdə martın 1-dək Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinə təqdim etməlidirlər.

 

Qaliblər Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Günü münasibətilə keçiriləcək tədbirdə pul mükafatı və diplomlarla təltif olunacaq.

 

Birinci yerin qalibinə 250, ikinci yerin qalibinə 200, üçüncü yerin qaliblərinə isə 150 manat məbləğində pul mükafatı veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...