Modern.az

120 nəfər ərizə verib - DİM dövlət qulluğu ilə bağlı yeni məlumat yaydı  

120 nəfər ərizə verib - DİM dövlət qulluğu ilə bağlı yeni məlumat yaydı   

5 Yanvar 2019, 15:58

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (26 vəzifə) və B (296 vəzifə) növünə aid olan 322 vakant vəzifənin tutulması üçün yanvarın 4-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, yanvarın 5-nə olan məlumata əsasən, müsahibədə iştirak etmək üçün ümumilikdə 120 nəfər qeydiyyatdan keçib.

 

Onlardan 118-i dövlət qulluğu vəzifələrinin B növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələrin, 2-si isə A növünə aid olan vəzifələrin (inzibati icraçı vəzifələr) tutulması üçün müraciət edib. Göründüyü kimi inzibati icraçı vəzifələrdə işləmək istəyənləri sayı daha çoxdur.

 

Xatırladaq ki, qeydiyyat fevralın 4-dək aparılacaq. Namizədlər saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (//eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 322 vakant vəzifənin 48-i 5-ci təsnifata, 47-si 6-cı təsnifata, 227-si 7-ci təsnifata aid olmaqla, 1-i AB, 25-i AC, 46-sı BA, 249-u isə BB vəzifə qrupuna aiddir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi