Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Petro Poroşenko arasında Ankarada keçirilən görüş başa çatıb.
Modern.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilir ki, prezidentlər arasında KİV-ə bağlı keçən görüş 1 saat 15 dəqiqə davam edib.
Qeyd edək ki, görüş Vahdettin köşkündə baş tutub.