Modern.az

Paris çalxalandı - “Sarı jiletlilər” küçələrə axışdılar  

Paris çalxalandı - “Sarı jiletlilər” küçələrə axışdılar   

5 Yanvar 2019, 20:07

Yanvarın 5-də Frananın paytaxtı Parisdə “Sarı jiletlilər”in yeni aksiyası keçirlib.
2019-cu ilin ilk etiraz aksiyasında polislə qarşıdurma baş verib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Paris küçələrində polisə daş və butılka atan nümayişçilərə qarşı gözyaşardıcı qazan istifadə olunub.

Bu insident Sena çayının sahilində baş verib. Verilən məlumatlara görə, Parisdəki etiraz aksiyalarında azı 3,5 min insan iştirak edib.

Xatırladaq ki, Fransada etirazlar noyabrın ortalarında yanacağın qiymətinin artırılacağı barədə xəbərdən sonra başlayıb. “Sarı jiletlilər” hərəkatı çərçivəsində paytaxt Paris və digər şəhərlərdə dükanlar qarət olunub, avtomobillər yandırılıb. Polislə qarşıdurmalarda yüzlərlə adam xəsarət alıb, 2000-dək adam saxlanıb.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...