Modern.az

Ana 7 uşağı ilə birgə dəm qazından zəhərləndi

Ana 7 uşağı ilə birgə dəm qazından zəhərləndi

5 Yanvar 2019, 20:13

Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.

 

P.Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib. "Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub",- P.Abubəkirov söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...