Rusiyanın Stavropol diyarı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb.
Modern.az "TASS" agentliyinə istinadla xəbər verir ki, Azərbaycan vətəndaşlarını Moskvaya aparan "Mercedes” markalı avtobus Koçubey-Zelenokumsk-Mineralnıe Vodı avtomobil yolunda aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin aşmasının səbəbi sürücünün idarəetməni itirməsi olub.
Qəza nəticəsində xəsarət alan səkkiz nəfər Levokumsk və Budyonovsk rayonlarının xəstəxanalarına çatdırılıb. Stavropol diyarının Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyindən bildiriblər ki, yaralıların hamısı və sürücü Bakı sakinləridir.
Yol-nəqliyyat hadisəsinin səbəbləri dəqiqləşdirilir.