ABŞ prezidenti Donald Tramp "Əl-Qaidə" terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin zərərsizləşdirilməsini təsdiqləyib. Modern.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Twitter" səhifəsində yazıb.
Donald Tramp qeyd edib ki, bizim çox gözəl hərbçilərimiz "Koul" esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa ediblər: “Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. "Əl-Qaidə"yə qarşı işimiz davam edir".
Qeyd edək ki, Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu. Əl-Bədəvi 18 il əvvəl Yəməndə, Ədən şəhərinin limanında ABŞ-ın Hərbi-Dəniz Qüvvələrlərinin gəmisinin partladılmasında iştirak edib. Partlayış nəticəsində 17 dənizçi həlak olub, onlarla insan yaralanıb.