Modern.az

Bir ailənin iki gəlini dəm qazından zəhərləndi

Bir ailənin iki gəlini dəm qazından zəhərləndi

7 Yanvar 2019, 00:16

Qobustanda bir ailənin iki gəlini dəm qazından zəhərlənib. Modern.az unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.

 

Kənd sakinləri - 1987-ci il təvəllüdlü Xəlilova Vüsalə Musaxan qızı və eltisi, 1993-cü il təvəllüdlü Xəlilova Azadə Ələkbər qızı hamamda olarkən dəm qazından zəhərlənib. Qəfil huşunu itirən qadınlar yerə yıxılıblar. Onlar bu vəziyyətdə ailə üzvləri tərəfindən tez aşkarlanıb və Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu