Modern.az

Yanğın 100 hektar meşəni məhv etdi

Yanğın 100 hektar meşəni məhv etdi

7 Yanvar 2019, 00:50

İtaliyanın şimalında Monte Marteka dağında baş verən yanğın Varese şəhəri yaxınlığında təxminən 100 hektar meşə sahəsini məhv edib. Modern.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları, iki helikopter və üç təyyarə cəlb edilib. Alovun yayılmasının qarşısını almaq üçün könüllülər də daxil olmaqla ümumilikdə 150-dən çox insan yanğının söndürülməsində iştirak edir.

 

Lombardiya vilayətinin qubernatoru Attilio Fontana yanğınla bağlı yaradılan qərargahda vəziyyətlə tanış olarkən deyib: “Yanğının miqyası adamı dəhşətə gətirir. Ancaq küləyin sürətinin azalması işlərimizi bir qədər asanlaşdırır”.

 

Yanğının baş vermə səbəbləri məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu