ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında yeni görüş Vyetnamın paytaxtı Hanoyda keçirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Vaşinqton iki lider arasında keçiriləcək görüş üçün həmçinin İndoneziya, Monqolustan, ABŞ-ın Havay ştatı, Şimali Koreya ilə Cənubi Koreyanın sərhəddini də nəzərdən keçirir.
Xatırladaq ki, ötən il iyunun 12-də Sinqapurda ilk ABŞ-Şimali Koreya zirvə görüşü keçirilib.