Modern.az

Azərbaycan pravoslavları Milad bayramını qeyd edir

Azərbaycan pravoslavları Milad bayramını qeyd edir

7 Yanvar 2019, 11:26

Yanvarın 6-dan 7-nə keçən gecə Dünya pravoslavları, o cümlədən Azərbaycan pravoslavları Milad bayramını (İsa Məsihin doğulduğu gün) qeyd edir.

 

Modern.az xəbər verir ki, Rusiya, Serbiya, Gürcüstan, Yunanıstan, Ukrayna, Belarus və s. pravoslav ölkələrdə yerli sakinlər kilsələrə toplaşaraq bayram ayinində iştirak ediblər.

 

Azərbaycanda da Rusiya Pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyası ölkə ərazisindəki bütün kilsələrdə təntənəli ibadət və ayinlər keçirib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu