Afrikada yerləşən Qabon respublikasında ordu hərbi çevriliş edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Libervilin küçələrində tank və hərbi avtomobillər görülüb. Radioefirə çıxan hərbçilər ölkədə demokratiyanın bərpasına ehtiyac olduğunu deyiblər.
Qabon prezidenti Ali Bonqo Ondimba 2009-cu ildən ölkə başçısıdır. Onun harada olduğu məlum deyil.