Modern.az

Polis maşın oğrularını tutdu - FOTOLAR

Polis maşın oğrularını tutdu - FOTOLAR

Aktual

7 Yanvar 2019, 12:08

Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hundai” markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.

Modern.az xəbər verir ki, dərhal Şöbədə  araşdırmalara başlanılıb hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bidirib.

Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da  Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...