Modern.az

Bakıda “İslam Facebook-u”nun təqdimatı oldu

Bakıda “İslam Facebook-u”nun təqdimatı oldu

Təhsil

22 Noyabr 2011, 16:10

Bakıda keçirilən “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin Təsis Qurultayı” adlı beynəlxalq tədbirdə Türkiyə nümayəndə heyətinin tərkibində bir sıra müasir texnologiya şirkətlərinin rəhbərləri ilə yanaşı, mərkəzi gərargahı İstan­bul­da olan, mətbuatda “İslam Facebook”u kimi tanınan yeni sosial şəbəkə- SalamWorld.com- un da rəhbərləri iştirak edir.

Modern.az xəbər verir ki, 22 noyabrda “Park İnn” hotelində saytın nümayəndələri qurultayın  gedişi zamanı qurultay nümayəndələri və qonaqlar üçün SalamWorld-un təqdimatını keciriblər. 

Bu  bütün müsəlman aləmində ən cox istifadəçisi olmasını hədəfləyən yeni qlobal internet layi­hədir.

SalamWorld.com –un yaradılması və işə salınmasında 11 ölkədən olan heyət iştirak edir.

Diqqətəlayiq cəhət odur ki, qeyd olunan qlobal saytın baş redaktorluğu Azərbaycan nü­ma­yən­dəsinə həvalə olunub.

Saytın Bakıda keçirilən təqdimat mərasimində məlumat verilib ki, gələcəkdə Azərbaycan müsəlman ölkələrində yeni sosial şəbəkələrin yaradılması və inkişafı prosesində regional mərkəz­lərdən birinə çevrilə bilər.

2012-ci ilin aprel ayında saytın rəsmi buraxılışı planlaşdırılır, lakin saytın işçi versiyası (skrin şot) arzu edənlərə burada qeydiyyatdan keçməyə, saytın genişləndirilməsi ilə bağlı məlumatları əldə etməyə, saytın buraxılışından sonra ilk istidəçilərdən biri olmağa imkan verir.

Sayt bir çox dillərdə fəaliyyət göstərəcək, ilk mərhələdə saytın müxtəlif istifadəçi dilləri arasında türk və rus dilləri də olacaq, gələcəkdə saytın Azərbaycan variantının da hazırlanması planlaş­dırılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama