Modern.az

Gəncədə ağır qəza - Ölən və xəsarət alanlar var

Gəncədə ağır qəza - Ölən və xəsarət alanlar var

7 Yanvar 2019, 14:59

Gəncə şəhərinin Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, yanvarın 6-da saat 1 radələrində Gəncə şəhərinin Xətai prospektində şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər xəstəxanaya yerləşdiriliblər.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...